GÖL

GÖL | Jan-Kristof Mayo | Les Ballets de Monte-Carlo

Tarix
07 Noyabr
Saat
20:00
Məkan
Heydər Əliyev Sarayı
Müddət
1 saat 35 dəqiqə (fasiləsiz)
Yaş həddi
18+ // Valideyn və ya qəyyumun müşayiəti ilə 12 yaşdan yuxarı qonaqların girişinə icazə verilir
GÖL

Tamaşaçıların bir çoxu üçün “Qu gölü” baleti klassik repertuarın təməl əsərlərindən sayılan ikinci pərdəsi ilə yadda qalıb - ağ geyimli balerinalar və Çaykovskinin məşhur musiqisi bu pərdənin dərhal tanınan mənzərəsini yaradır.

İkinci pərdəni abstrakt baletin ilk nümunələrindən biri, yəni mənasını anlamağa çalışmadan da zövqlə seyr edə biləcəyimiz əsər hesab etmək olar.

Jan-Kristof Mayo “Göl” (“LAC”) tamaşasında süjetli balet formasına müraciət edir. “Qu gölü” baletində hər şey sirli, mürəkkəb və dərin mənalarla zəngindir. Çaykovskinin bu simfonik baleti qu quşuna çevrilmə nəticəsində sevgisi mümkünsüz olan bir insan haqqındadır. Yunan, Skandinaviya və rus əfsanələrindən qaynaqlanan qu quşu obrazı ikili təbiəti ilə insanı valeh edir: bu obrazda həm insana, həm də heyvana xas xüsusiyyətlər bir araya gəlir.

Yazıçı Jan Ruo ilə birlikdə Jan-Kristof Mayo kabuslarımızilə səsləşən bu hekayənin iztirablarını yenidən canlandırır. Yaddaşın dərinliklərinə gömülmüş yaşantılar məkrli ailə intriqaları fonunda üzə çıxaraq təzadlar üzərində qurulan bir baletə çevrilir.

Bütün tamaşa boyu izlənilən heyvandan insana çevrilmə mövzusu bizi öz təbiətimiz haqqında düşünməyə vadar edir. Biz hesab edirik ki, bizi heyvanlardan fərqləndirən seçim etmək bacarığımızdır. Bəs bacardığımız yalnız budurmu? Məgər biz də Şahzadə qədər çaşqın deyilikmi? Mayo onun ağ ilə qara, xeyir və şər, eləcə də məsumluq ilə erotizm arasında necə tərəddüd etdiyini göstərir.

Bəlkə də bizim insanlığımız elə doğulduğumuz an ilk hayqırtımızla özünü büruzə verən o sadə, doymaq bilməyən “biz hər şeyi istəyirik!” arzusudur.

Bilet al

Qalereya

Treyler

Yaradıcı heyət

Xoreoqraf

Jan-Kristof Mayo

Səhnə tərtibatı

Ernest Pignon-Ernest

Musiqi

Piotr Tchaikovski
Bertrand Maillot

İşıq / video

Jean-Christophe Maillot and Samuel Thery

Kreditlər

«Crédit Foncier de Monaco» Privata Banking and Official Partner |
photo Alice Blangero