NEW EARTH // BOLERO X
← Bütün proqramŞahar Binyamini
NEW EARTH // BOLERO X
- Tarix
- 05 - 06 Noyabr
- Saat
- 20:00
- Məkan
- Akademik Milli Dram Teatrı
- Müddət
- təxminən 96 dəqiqə (antrakt ilə)
- Yaş həddi
- 18+ // Valideyn və ya qəyyumun müşayiəti ilə 12 yaşdan yuxarı qonaqların girişinə icazə verilir

Yenidən başlamaq mümkündürmü? Biz bu dəyişən dünyada necə yaşamalıyıq? “New Earth” rəqs tamaşasının əsasında məhz bu suallar dayanır.
Moris Ravelin məşhur “Boléro” əsəri Şahar Binyamininin “Bolero X” tamaşasında yeni xoreoqrafik interpretasiya qazanır.
New Earth
Məlum amillərdən naməlum üfüqlərə doğru irəliləyən Şahar Binyamini bizi torpağa, bir-birimizə və ətraf aləmə bağlayan amilləri araşdırır.
Hərəkət, ritm və fiziki hissiyyat bizim təbiət ilə bağlılığımızı ifadə edərək sərhədləri aradan qalxır. Tamaşanın ana xəttini yenilənmə mövzusu, yəni hərəkət sayəsində həm özümüzə, həm də başqalarına və yaşadığımız dünyaya olan münasibəti dəyişmək imkanı təşkil edir.
“New Earth” İsrailin Beer-Şeva şəhərində fəaliyyət göstərən “House of Dance” rəqs mərkəzi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Bolero X
Burada xoreoqraf təkrarın gücünü və 1928-ci ildə yazılmış musiqinin müasir rəqs ilə vəhdətindən doğan yeni mənaları araşdırır.
Səhnədə 40 ifaçı “Bolero X” rəqsini fiziki gücün təntənəsinə çevirir. Bu tamaşa hər birimizi unikal edən və eyni zamanda, bizi bir araya gətirən enerjinin tərənnümüdür.
“Bolero X” rəqs tamaşası “House of Dance” (Beer-Şeva, İsrail) və Sürix İncəsənət Universiteti (İsveçrə) ilə əməkdaşlıq çərçivəsində yenidən səhnələşdirilib.
Qalereya



Treyler
Yaradıcı heyət
Xoreoqraf
Shahar BinyaminiƏməkdaşlıq
House of Dance, Be’er Sheva, IsraelKreditlər
Photography: Askaf Avraham